"Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz" - Fatih Terim

İDMAN
13:09
16 Sentyabr 2020
71

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini bildirib.

Sabah.az xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata qısa açıqlamasında "ağ-qaralar"la oyuna çox ciddi yanaşdıqlarını deyib:

“Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvləri bağışlanmayacaq bir 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm".

Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək. İstanbul təmsilçisi Bakıya bu gün gələcək.

Xəbər lenti

18:00 26 Sentyabr 2020
16:42 26 Sentyabr 2020
12:09 26 Sentyabr 2020
09:42 26 Sentyabr 2020
16:08 25 Sentyabr 2020
15:41 25 Sentyabr 2020
15:25 25 Sentyabr 2020
11:57 25 Sentyabr 2020
11:35 25 Sentyabr 2020
09:35 25 Sentyabr 2020