Prezident Vaqif Axundovu təltif etdi
12:35
16 Sentyabr 2020
228Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Axundovla bağlı sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, general-polkovnik, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi Vaqif Axundovun bu gün 70 yaşı tamam olur.
Daha çox