Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü
09:45
24 Fevral 2020
42Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonu, Padarçöl kəndində qeydə alınıb.
“Mercedes” markalı mikroavtobus yolu keçmək istəyən naməlum piyadanı vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Daha çox