Rezidenturaya qəbulun 2-ci mərhələsi keçiriləcək

XƏBƏR
11:32
16 Sentyabr 2020
50

18 sentyabr 2020-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Sabah.az xəbər verir ki, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”  və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün linkinə daxil olaraq çap edə bilərlər.

Xəbər lenti