İl ərzində doğulan körpələrin sayı açıqlandı

XƏBƏR
17:18
15 Sentyabr 2020
58

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70 390 doğulan körpә qeydә alınıb.

Sabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, әhalinin hәr 1 000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1 896-sı әkiz, 69-u isә üçәm doğulanlardır.

Bu ilin 7 ayında ölkәdә 37 426 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1 000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.

Xəbər lenti