Vasif Talıbovun oğlu yenidən deputat seçildi

GÜNDƏM
02:07
23 Fevral 2020
234

Xəbər verdiyimiz kimi, fevralın 22-də Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlanıb.

Sabah.az-ın məlumatına görə, millət vəkili seçilənlərin arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun da adı var. O, 25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 3942 seçicinin (91,1 faiz) səsini toplayaraq qalib olub. Bu, Seymur Talıbovun ikinci deputatlıq dönəmi olacaq. O, 2015-ci ildən etibarən deputat mandatı daşıyır.                  

Qeyd edək ki, Vasif Talıbovun özü isə 7 saylı Aralıq Seçki Dairəsindən millət vəkili seçilib.

Xəbər lenti