Ronaldo Batistutaya da çatdı
“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının 25-ci turunda SPAL-la keçirilən oyunda hesabı açıb.
Sabah.az xəbər verir ki, portuqaliyalı hücumçu bununla sözügedən çempionatda ardıcıl 11-ci oyununda qol vurub. Forvard bu göstəricidə Qabriel Batistuta (“Fiorentina”) və Fabio Kualyareallanın ("Sampdoriya") rekorduna şərik olub. Batistuta 1994-1995, Kualyarella isə 2018-2019 mövsümündə ardıcıl 11 oyunda qol vurub.
Ronaldo bu göstəriciyə Madrid “Real”ında çıxış edərkən İspaniya La Liqası və UEFA Çempionlar Liqasında da nail olub.
Daha çox