Prokurorluqdan ərin arvadını öldürməsi ilə bağlı məlumat

ÖLKƏ
12:05
14 Sentyabr 2020
28

Lənkəran rayon Prokurorluğu Lənkəranda törədilən qətllə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumatda deyilir:

“Sentyabrın 13-də saat 10 radələrində  Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilmiş meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq Günay Abıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mais Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Xəbər lenti

18:15 19 Sentyabr 2020
13:40 19 Sentyabr 2020
13:14 19 Sentyabr 2020
12:24 19 Sentyabr 2020
09:19 19 Sentyabr 2020
18:00 18 Sentyabr 2020
13:24 18 Sentyabr 2020
09:56 18 Sentyabr 2020
09:16 18 Sentyabr 2020