Eldar Həsənovla bağlı qərar qüvvədə qaldı

GÜNDƏM
14:30
12 Sentyabr 2020
68

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Sabah.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Xəbər lenti