Nizami Xudiyevin oğlu işdən çıxarıldı

ÖLKƏ
12:33
12 Sentyabr 2020
145

Baş Prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Sabah.az Unikal.org-a istinadən xəbər verir ki, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb. 

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.

Xəbər lenti