Bakıda marşrut avtobusu qəzaya uğradı - Yaralılar var

HADİSƏ
00:17
23 Fevral 2020
205

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 2 nəfər xəsarət alıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarın yaxınlığında qeydə alınıb.

136 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 46 yaşlı Həşimov Müşfiq Cəlil oğlu və onun oğlu - 2002-ci il təvəllüdlü Həşimov Hüseyn Müşfiq oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralı M.Həşimova qapalı kəllə-beyin travması, H.Həşimova isə sınıq xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti