Şagirddə virus simptomu aşkarlanarsa, bu addımlar atılacaq
"Hər məktəbdə tibbi otaq yoxdur. Nazirlər Kabinetinin qərarı ilə məktəblilər üçün pulsuz tibbi xidmətin göstərilməsi ərazi üzrə poliklinakalara aiddir".
Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O deyib ki, poliklinikalardan həkim və ya tibbi bacısı məktəbə təhkim olunur:
"Hər məktəbdə COVID-lə bağlı balaca məntəqələr olacaq. Hər hansı şagirddə virusla bağlı problem olsa, məktəblərdə olan izolyasiya otağına yerləşdiriləcək, təcili tibbi yardım gəlib COVID testi götürəcək, valideynlər çağırılacaq və təcili tibbi yardımla evə göndəriləcək. Məktəblərdə COVID-lə bağlı hər hansı tibbi yardım nəzərdə tutulmur".
Daha çox