"Müsabiqə şərtlərini aşağı salmağa ehtiyac yoxdur" - DİM sədri

GÜNDƏM
13:27
11 Sentyabr 2020
136

“Çox adam deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtlərini aşağı salın. Müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur. III qrupda kifayət qədər yüksək nəticə göstərən uşaqlar var. Onlar da pandemiya şəraitində hazırlaşıblar”.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III qrup abituriyentləri ilə bağlı keçirdiyi canlı yayımda bildirib.

Onun sözlərinə görə, müəyyən kənd və regionların məktəbləri yüksək nəticə göstərib: “Bu il III qrupda 21 min 410 nəfər imtahan verib. Builki qəbulda III ixtisas qrupunda kifayət qədər yüksək müsabiqə formalaşacaq. Plan yerlərinin sayı da təsir göstərir, III qrupda bu il 1015 plan yeri artıb, bu da 9% artım deməkdir. Dövlət sifarişli yerlər də 4 256-dir. Onlardan 30-u Moskva Dövlət Universitetindədir”.

Xəbər lenti