Metro həftəsonları işləməyəcək

GÜNDƏM
12:42
11 Sentyabr 2020
72

Xəbər verdiyimiz kimi, sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa ediləcək.

Sabah.az xəbər verir ki, sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

Buna səbəb daha əvvəl verilmiş qərarla sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərməməsidir.

Xəbər lenti