Sumqayıtda 36 yaşlı şəxsin meyiti küçədən tapıldı

XƏBƏR
22:40
22 Fevral 2020
59

Sumqayıt şəhərində küçədə kişi meyiti tapılıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib

Belə ki, Sumqayıt Şəhər Baş Polis İdarəsinə həmin ərazidə bir nəfərin meyitinin olması barədə məlumat daxil olub.

Araşdırma zamanı həmin şəxsin 1984-cü il təvəllüdlü Rəhimov Habil Əli oğlu olduğu müəyyən edilib.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti