Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

İQTİSADİYYAT
10:20
10 Sentyabr 2020
317

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

Sabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb.

Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.

Xəbər lenti