İlk medalı Rüstəm qazandı

İDMAN
22:17
22 Fevral 2020
65

Fevralın 22-də Azərbaycan cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Sabah.az xəbər verir ki, kişilər arasında keçirilən yarışda Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda mübarizə aparıb. O, sloveniyalı rəqibi Martin Hojakı məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın hazırkı yarışda qazandığı ilk medaldır.

Xəbər lenti