“Qarabağ” - “Molde” oyununun yeri dəyişdi

İDMAN
18:19
9 Sentyabr 2020
181

Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində keçirilək “Qarabağ” – “Molde” matçı Azərbaycanda olmayacaq.

Sabah.az xəbər verir ki, görüş Kiprin Larnaka şəhərində oynanılacaq. Qarşılaşma sentyabrın 16-da, saat 21:00-da start götürəcək.

Qeyd edək ki, püşkə əsasən, oyun 15-16 sentyabrda Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.

Xəbər lenti