“Kaspi”nin baş redaktoru işdən çıxdı

ÖLKƏ
14:30
9 Sentyabr 2020
131

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev vəzifəsindən ayrılıb.

Sabah.az xəbər verir ki, bu barədə onun özü məlumat verib: “Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq”.

Qeyd edək ki, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevadır. Onun həyat yoldaşı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov vəzifəsindən çıxarılandan sonra qəzetdə maliyyə çətinlikləri yaranıb.

Xəbər lenti