Müştəri kababçını bıçaqladı
21:25
22 Fevral 2020
78Ağdamda kafedə bıçaqlanma hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən kafelərdən birində kababçı işləyən Kərimov Murad Malik oğlu kafeyə gələn rayon sakini Rahib Qasımov tərəfindən bıçaqlanıb.
Yaralı M. Kərimov Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.
Hadisəni törədən R.Qasımov Ağdam polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox