DSX-nın vəzifəli şəxslərinin həbs müddəti uzadıldı
Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) həbs olunan vəzifəli şəxsləri – Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyevin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan müddəti 3 ay, dekabrın 12-nə qədər uzadılıb.
Qeyd edək ki, adı çəkilən vəzifəli şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar. Balıqçı Xalis Quliyev isə rüşvətin toplanıb A.Abdullayevə verilməsində vasitəçi olub.
Daha çox