Bakı-Qazax yolunda ağır qəza - 1 ölü, 4 yaralı

XƏBƏR
20:12
22 Fevral 2020
87

Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində yol qəzası baş verib. 

Sabah.az “Report”a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını (TIR) toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Onlardan biri Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Bildirilir ki, Gürcüstan vətəndaşı Namiq Vahid oğlu Qərəkməzli qəzada ölüb. Bakı sakinləri - sürücü Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyeva xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti