Avtoxuliqanlıq edən dostlar saxlanıldı - Video

XƏBƏR
16:00
7 Sentyabr 2020
153

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakinləri: Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırovun əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu  hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.

Saxlanılan şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Xəbər lenti