Tahir Rzayevin dairəsi ilə bağlı qərar

ÖLKƏ
19:18
22 Fevral 2020
34

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 82 saylı Ağcabədi seçki dairəsindən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini bildirib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırılıb və əsassız hesab edilib. Vebkamera vasitəsilə araşdırma aparılıb və 3 saylı seçki məntəqəsində lider namizədin adının əks olunduğu 71 ədəd bülleten aşkar edilib. Təklif edirəm ki, yalnız 3 saylı məntəqədə nəticələr əsassız hesab edilsin", - deyə iclasda B. Əsgərov deyib və həmin dairənin 1 seçki ( 3 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən sözügedən dairənin lideri Tahir Rzayevdir.

Xəbər lenti