İES-dəki ölümlə bağlı cinayət işi başlanıldı

XƏBƏR
13:00
5 Sentyabr 2020
237

Mingəçevir İES-dəki ölümlə bağlı cinayət işi başlanılıb.

Sabah.az xəbər verir ki, Mingəçevir prokurorluğundan verilən məlumata görə, sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədov elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti