Hikmət Babayev işdən çıxarıldı - Rəsmi

ÖLKƏ
15:07
4 Sentyabr 2020
541

Vətəndaşların taksidən istifadəsiylə bağlı qalmaqallı çıxışıyla gündəmə gələn Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev işdən azad edilib.

Sabah.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qeyd edək ki, bu barədə ilk məlumatı report.az yayıb.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.

Xəbər lenti