Aqil Abbasın dairəsində bir məntəqə etibarsız sayıldı

ÖLKƏ
18:16
22 Fevral 2020
116

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 83 saylı Ağcəbədi-Füzuli seçki dairəsindən namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlham Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 9 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hallar müəyyən edilib. O bildirib ki, 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. İ. Məmmədov həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən sözügedən dairənin lideri Aqil Abbasdır.

Xəbər lenti