Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı - Fotolar

GÜNDƏM
14:55
4 Sentyabr 2020
304

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

Sabah.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O qeyd edib ki, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələri xahiş edilib.

Xəbər lenti