Saxlanıldığı deyilən vəzifəli şəxslə bağlı açıqlama

ÖLKƏ
11:59
4 Sentyabr 2020
245

“Son günlər mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir”.

Sabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O qeyd edib ki, filialın əməkdaşı Ədalət Mürsəlov Xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub:

“Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir. Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur”.

Xəbər lenti