Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi

GÜNDƏM
17:36
22 Fevral 2020
288

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaqın məhkəməyə verdiyi təqdimata baxılıb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsinin qərarı ilə rayon icra başçısı İsmayıl Vəliyev və şöbə müdiri Anar Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti