AzTV-nin əməkdaşını avtomobil vurub öldürdü - Foto

HADİSƏ
09:20
3 Sentyabr 2020
236

AzTV-nin əməkdaşı bu gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Parlament prospektində qeydə alınıb. Belə ki, telekanalın operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçərkən avtomobil vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S.Məmmədov AzTV-nin Qəbələ üzrə operatoru olub. O, treninq keçmək üçün Bakıya çağırılmışdı.

Qeyd edək ki, 34 yaşlı S.Məmmədov evli idi, iki uşağı var.

Xəbər lenti