Vilyam Hacıyevin həbs müddəti uzadıldı

GÜNDƏM
17:43
2 Sentyabr 2020
171

Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, V.Hacıyev barəsində mayın 6-da 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Xəbər lenti