Aydın Hüseynovun dairəsindən bir məntəqə ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsi daxil olmuş müraciətə baxılıb.
Sabah.az xəbər verir ki, məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib.
Namizəd Kamil Paşayev şikayətində səsvermə günü müşahidəçilərə qarşı qanun pozuntusu halının yaşandığını bildirib. Qeyd edib ki, bir çox məntəqələrdə müşahidəçilər təsdiq olunmuş protokolu almaqda çətinlik çəkib. MSK-nın araşdırması zamanı məlum olub ki, 25 saylı seçki məntəqəsindən götürülmüş protokolların müqayisəli təhlili zamanı uyğunsuzluq müşahidə olunub.
Beləliklə, MSK qərara alıb ki, 25 saylı məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilsin.
Qeyd edək ki, həmin dairədə lider namizəd Aydın Hüseynovdur.
Daha çox