Məktəbəhazırlıq qruplarının tədris planı açıqlandı

ÖLKƏ
13:08
2 Sentyabr 2020
3308

Məktəbəhazırlıq qrupları üçün 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı təsdiq olunub.

Sabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Plana əsasən, məktəbəhazırlıq qruplarında uşaqların sayının 30-dan artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq müəyyənləşdirilib:

Bu qruplarda məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Xəbər lenti