Daha bir məntəqənin nəticələri etibarsız sayıldı

GÜNDƏM
16:45
22 Fevral 2020
46

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 48 Saylı Yevlax seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib.

Namizəd Rüfət Hacıbəyli seçki günü ona qarşı kobud davranıldığını və bununla bağlı video-görüntülərin sosial şəbəkələrdə yerləşdirildiyini bildirib. O qeyd edib ki, seçki gününün sonunda məntəqələrdə işıqlar söndürülüb və qanunpozuntusu halları yaşanıb. MSK üzvü sosial şəbəklərdə təqdim olunan videoların araşdırıldığını və həqiqətən də 6 nömrəli məntəqədə qanun pozuntusu hallarının baş verdiyinin müəyyən olunduğunu söyləyib.

MSK qərara alıb ki, şikayət qismən təmin olunsun və 6 saylı məntəqənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədən lider namizəd İlham Məmmədovdur.

Xəbər lenti