Nənə-nəvəni avtomobil vurdu, qadın öldü

HADİSƏ
12:16
2 Sentyabr 2020
171

Xətai rayonunun Gəncə prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, qəza sentyabrın 1-də saat 15 radələrində qeydə alınıb.

Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.

Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti