Hərbçimiz dəfn edildi - Video+Fotolar

XƏBƏR
15:42
22 Fevral 2020
112

Yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu bu gün torpağa tapşırılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun nəşi doğulduğu Ağcabədi rayonuna gətirilib. 

Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Xəbər lenti