Bakıda “BakuBus” yandı

HADİSƏ
09:35
1 Sentyabr 2020
418

Bakı şəhərinin Sabunçu rayonunda  “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də sözügedən hadisə ilə bağlı məlumat yayıb:

“01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

Xəbər lenti