"Neftçi" "Qalatasaray"a rəqib oldu

İDMAN
15:29
31 Avqust 2020
484

Bu gün "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Sabah.az xəbər verir ki, səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi püşkatma nəticəsində səpələnmişlər səbətindəki “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.

Xatırladaq ki, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edib.

Xəbər lenti