Ceyhun Bayramov Qubadlı ilə bağlı paylaşım etdi

ÖLKƏ
11:10
31 Avqust 2020
209

Xarici İşlər naziri Ceyhun Bayramov öz tvitter mikrobloqunda Qubadlının işğalının 27-ci ili ilə bağlı paylaşım edib.

Sabah.az xəbər verir ki, nazir qeyd edib:

“Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.

Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!”.

Xəbər lenti