Yoluxma statistikasına yenə Bakı liderlik edir

GÜNDƏM
10:27
31 Avqust 2020
172

Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma 56,2%-lə Bakıda qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Abşeronda yoluxma 15,8%, Aranda 10,2%, Gəncə-Qazaxda 6,4%, Lənkənarda 4,3%, Quba-Xaçmazda 1,9%, Şəki-Zaqatalada 1,7%, Dağlıq Şirvanda 1,6%, Yuxarı Qarabağda 1,0%, Naxçıvanda isə 0,04% təşkil edir.

Yoluxanların 0,8 %-i ölkə xaricindən gələnlərdir.

Xəbər lenti