Koronavirus Fondundakı vəsait necə xərclənir?

İQTİSADİYYAT
17:05
29 Avqust 2020
390

“Koronavirusla bağlı yaradılmış Ehtiyat Fondu açıq şəkildə fəaliyyət göstərir”.

Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bildirib ki, Fonda vəsait köçürən vətəndaşların adları da qeyd olunub: “Bununla bağlı şuranın iclasları da keçirilib. Orada toplanmış vəsait də koronavirusla mübarizəyə həsr edilir. Gələcəkdə də görülən işlərlə bağlı ölkə ictimaiyyətinə əlavə məlumat verilməsi üçün çalışacağıq”.

Xəbər lenti