Ata və 2 yaşlı oğlu qəzada öldü - 5 nəfər yaralanıb
Lerikdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
Sabah.az "Report”a istinadən xəbər verir ki, Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb.
Xəsarət alanlar isə bunlardır: Elnarə Hacıbaba qızı Rəhimli (1993-cü il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017-ci il təvəllüdlü).
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi UAZ markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.
Daha çox