Gəncədə müəllim qətlə yetirildi

HADİSƏ
12:29
29 Avqust 2020
514

Gəncə şəhər prokurorluğu şəhərdə baş verən qətllə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, avqustun 28-də saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirovun Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.

Xəbər lenti