Yol polisi bu dəfə “Keşlə dairəsi”ni fırlanır - Video

GÜNDƏM
13:18
22 Fevral 2020
625

Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Nərimanov rayonu “Keşlə dairəsi” kimi tanınan ərazidə yol polisi ilə bağlı yayılan videonu araşdırmağa başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar: “Orada yol polisinin hər hansı avtomobili saxlaması müşahidə olunmur, dislokasiya üzrə xidmət aparır. Buna baxmayaraq, Bakı şəhər BPİ Dövlət Yol İdarəsində videogörüntülərdə iddia olunan hallarla bağlı müvafiq araşdırma aparılır”.

Sözügedən videonu çəkən şəxs isə iddia edir ki, dairəni təkrarən bir neçə dəfə dönən yol polisi bilərəkdən sürücüləri xəta törətməyə məcbur edir.

Xatırladaq ki, eyni vəziyyət bir müddət əvvəl Sədərək ticarət mərkəzinin yaxınlığındakı dairədə də baş vermişdi. Bu halla bağlı BDYPİ-nin mətbuat xidmətinin rəhbəri K. Əliyev bildirmişdi ki, yol polisi sürücülərə “tələ” qurmur: “7 dəfə dönmə nəticəsində yalnız bir avtomobil saxlanılıb”.

Xəbər lenti