İbtidai siniflərdə dərslər necə keçiriləcək?

GÜNDƏM
17:38
27 Avqust 2020
309

Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur: "Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi planlaşdırılır".

Nazir əlavə edib ki, məktəbəhazırlıq qruplarında tədrisin oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır:

"Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılmasından asılı olacaq".

Xəbər lenti