Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - Video

ÖLKƏ
13:00
27 Avqust 2020
301

Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisin görə bir neçə şəxsi cərimə edib. Onun mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi olduğu qeyd olunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, övladına toy edən həmin şəxs "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub.

O, qızı Növrəstə Muradlıya toy edib. Toy məclisini təşkil edən V.Abdullayeva İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, avqustun 31-dək ölkədə xüsusi karantin rejimi hökm sürür və kütləvi tədbirlərin, toy-nişan mərasimlərinin keçirilməsi qadağandır.

Xəbər lenti