Davos Forumu təxirə salındı
2021-ci ilin yanvarında keçirilməsi planlaşdırılan Davos İqtisadi Forumu (DİF) təxirə salınıb.
Sabah.az xəbər verir ki, DİF-in icraçı direktoru Adrian Monk koronavirus pandemiyasından ehtiyatlanaraq İsveçrənin Davos şəhərində keçiriləcək illik toplantının gələn ilin yayına qədər təxirə salındığını açıqlayıb.
"Bu qərarı vermək asan olmadı, çünki qlobal liderlərin ortaq bərpa planını hazırlamağa və pandemiyadan sonrakı dövrlə bağlı müzakirələr üçün bir araya gəlməsi çox aktualdır. Bununla belə, mütəxəssislərin tövsiyəsi budur ki, yanvar ayında biz bunu təhlükəsiz şəkildə edə bilməyəcəyik", - deyə A.Monk bildirib.
Daha çox