Sürücünü vuran sərnişin üzr istədi - Video

GÜNDƏM
10:27
26 Avqust 2020
282

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən Anar Nehmətli üzr istəyib.

Sabah.az xəbər verir ki, Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli  saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.

Xəbər lenti