Ceyhun Bayramovdan Rusiya peyvəndi ilə bağlı açıqlama

GÜNDƏM
17:45
25 Avqust 2020
212

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov TASS agentliyinə müsahibəsində bildirib.

“Peyvənd almaqda maraqlı olduğumuz üçün, ilk növbədə ÜST tərəfindən “Sputnik V peyvəndinin təsdiqlənməsindən sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik”, - deyə nazir qeyd edib.

Həmçinin, XİN başçısı Azərbaycanın ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl etdiyini vurğulayıb: “Peyvənd almaqda maraqlı olduğumuz üçün, ilk növbədə ÜST tərəfindən “Sputnik V” peyvəndinin tanınması üçün lazımi prosedurlar tamamlandıqdan sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik. Şübhə yoxdur ki, koronavirusa qarşı təsirli və ÜST tərəfindən təsdiqlənmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü bir vasitə olacaqdır”.

Xəbər lenti